Aİ səfiri: “Ukraynada davamlı sülh olmayacaq” | VİDEO

 Aİ səfiri:  “Ukraynada davamlı sülh olmayacaq”  | VİDEO
  12 İyun 2025    Oxunub:572
Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katarina Maternova Kiyevlə Moskva arasında “uzunmüddətli atəşkəs”in mümkünlüyünü rədd edib, çünki bu, Ukraynanın maraqlarına uyğun deyil.
AzVision.az xəbər verir ki, Aİ səfiri “RBC-Ukrayna” telekanalına müsahibəsində hamının müvəqqəti atəşkəslə münaqişənin yekun həlli arasındakı fərqi başa düşdüyünü bildirib.

“Sizi uzunmüddətli atəşkəs maraqlandırmır. Axı bilirsiniz: atəşkəsin dondurulmuş münaqişəyə çevrilməsi xətti çox incədir. Əgər kimsə bunu birdən unutsa, Ukrayna bizə xatırladacaq ki, atəşkəs mahiyyət etibarı ilə münaqişə tərəfləri arasında müvəqqəti fasilədir”, - Katarina Maternova deyib.

Diplomat həmçinin Rusiya lideri Vladimir Putinin niyyətləri ilə bağlı “illüziyalara qapanmamağa” çağırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   sülh  



Xəbər lenti